Bu ölkələr də dünya çempionatına vəsiqə qazandı

İdman
25 Mrt 2022
11:11
Futbol üzrə dünya çempionatına daha iki milli komanda vəsiqə qazanıb.


"Zirvetv.az " xəbər verir ki, Ekvador və Uruqvay yığmaları ötən gecə mundialın final mərhələsinə getməyə haqq qazanıb. Uruqvay Cənubi Amerika zonası üzrə seçmə mərhələnin XVII turunda evdə Perunu 1:0 hesabı ilə məğlub edib. Ekvador isə səfərdə Paraqvaya 1:3 hesabı ilə uduzsa da, xal fərqinə görə çempionata vəsiqə qazanıb. Hazırda sona bir tur qalmış hər iki komandanın 25 xalı və onlar 3-4-cü yerdə qərarlaşıbla. 5-ci sıradakı Peru millisinin 21 xalı olduğundan sonuncu turun nəticəsindən asılı olmayaraq, Ekvador və Uruqvay DÇ-2022-ə vəsiqəni təmin edib.

Qeyd edək ki, bu ilki dünya çempionatı 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək