Sanksiyalarla bağlı “Çelsi”yə güzəşt edildi

İdman
24 Mrt 2022
11:22
Böyük Britaniya hökuməti “Çelsi”nin əməliyyat lisenziyasına yeni düzəlişlər edib.

“zirvetv.az ” xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Bildirilib ki, azarkeşlər artıq müəyyən matçlara bilet ala biləcəklər və klub öz ana şirkətləri vasitəsilə 30 milyon funt-sterlinqə qədər xərcləyə biləcək.

Lisenziyadakı başqa bir dəyişikliyə görə, “Çelsi” azarkeşləri artıq səfər matçlarına, kubok oyunlarına və qadınların oyunlarına bilet ala bilərlər.

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də təsir edib.

Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin "Çelsi"nin bank hesabı bloklanıb. Amma bundan sonra "Çelsi"nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.