Sabah”dan yeni transfer

İdman
21 Mrt 2022
21:44
Paytaxt təmsilçisi “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“zirvetv.az ” klubun rəsmi saytına istinadən xəbər ki, paytaxt təmsilçisi braziliyalı hücumçu Lukas Ranhellə cari mövsümün sonunadək müqavilə imzalayıb.

İyirmi səkkiz yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Qremio Barueri” (2015), “Foz do İquaçu” (2015), “İtumbiara” (2016), Albaniyanın “Kukesi” (2016-17), Avstriyanın “Kapfenberger” (2017-18), Finlandiyanın “KuPS” (2018-2020), Türkiyənin “Adana Demirspor” (2020-21) klublarında çıxış edib. O sonuncu dəfə Ukraynanın “Vorskla” komandasının heyətində oynayıb.

Yeni transfer “Sabah”da 73 nömrəli formanı geyinəcək.