Hakan Çalhanoğlu İngiltərə nəhəngində - İtaliya mətbuatından şok iddia

İdman
20 Mrt 2021
09:48
Milan" klubu ilə müqaviləsinin müddəti başa çatan və komandada qalıb-qalmayacağı sual altında olan Hakan Çalhanoğlu ilə bağlı yeni xəbərlər yayılıb.

Zirvetv.az Offsideplus.az-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"lə anlaşıb.

İddiaya görə, türkiyəli futbolçu növbəti mövsümdən "qırmızı şeytanlar"ın heyətinə qatılacaq.

Qeyd edək ki, 2017-ci ildən "Milan"da çıxış edən Çalhanoğlu cari mövsüm çıxdığı 32 oyunda 6 qol vurub, 11 məhsuldar ötürmə verib.