Qalatasaray” “Barselonanı” keçməsə, başımı keçəl edəcəm”

İdman
16 Mrt 2022
10:19
Məşhur türkiyəli şərhçi Ertem Şener Avropa Liqasının 1/8 final mərhələsində “Qalatasaray”ın “Barselona” səddini keçəcəyini bildirib.

“zirvetv.az ” xəbər verir ki, hətta o, bununla bağlı “TV 100”ün efirində yayımlanan “Var odası” verilişində həmkarı Emre Bolla mərc edib.

Şener bildirib ki, əgər “Qalatasaray” “Barselona”nı keçə bilməsə, başını keçəl edəcək: “Yox, İstanbul klubu ispanlara qalib gələrsə, Emre Bol saçını və saqqalını kəsəcək”.

Qeyd edək ki, “Qalatasaray” – “Barselona” matçı sabah 21:45-də Türkiyədə oynanılacaq.