Ukraynada evi bombalanan idmançımız Bakıya gəldi

İdman
15 Mrt 2022
12:56
Azərbaycanın Ukrayna əsilli qadın cüdoçusu İrina Kindzerska Bakıya gəlib.

“zirvetv.az ” xəbər verir ki, xanım idmançı Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmiş idmançıların mükafatlandırılma mərasimində iştirak edib.

Qeyd edək ki, İrina Kindzerska bir neçə gün əvvəl instaqram hesabında paylaşım edərək Ukraynadakı evinin rus qoşunlarının hücumu nəticəsində dağıldığını bildirmişdi.