Dinamo” Mahir Emrelinin transferindən imtina etdi

İdman
29 Ock 2022
22:47
Xorvatiyanın “Dinamo” klubu Polşa “Legiya”nın üzvü milli komandamızın hücumçusu Mahir Emrelini transfer etməkdən imtina edib.

“zirvetv.az ” Xorvatiya mətbuatına istinadən xəbər verir ki, buna Türkiyənin “Başakşehir” klubunun Mahirə görə klubuna təklifi səbəb olub.

“Dinamo” “Başakşehir”in 750 min avroluq təklifindən sonra həmyerlimizin transferindən imtina edib.

Xatırladaq ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Millimizin hücumçusu varşavalı azarkeşlərlə məlum insidentdən sonra bu komandaya qayıtmaq istəmir.