"Barselona"nın Messi ilə bağlı şikayəti rədd edildi
İspaniya Futbol Federasiyası "Barselona"nın kapitanı Lionel Messini bağışlamayıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, qurum klubun argentinalı hücumçunun cəzası ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.
35 yaşlı forvard İspaniya superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurduğu üçün qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. "Atletik" görüşün əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, İspaniya kubokunda "Kornella" ilə oyunu (2:0) buraxan Lionel Messi yanvarın 24-də La Liqada "Elçe" ilə keçiriləcək matçda da meydana çıxa bilməyəcək.