Fərid Mansurova yeni vəzifə verildi

İdman
8 Ara 2021
12:11
Gənclər və idman nazirinin əmri ilə Fərid Mansurov nazirliyin İdman şöbəsinin müdiri vəzifəsindən azad edilib.

“zirvetv.az ” xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Nazirin digər əmri ilə F.Mansurov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru təyin edilib.