İdmançımız DÇ-də qızıl medal qazandı

İdman
27 Kas 2021
21:31
Pauerlifterimiz Leyla Kərimova dünya çempionatının qızıl medalını qazanıb.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova (+86 kq) Gürcüstanın Tbilisi şəhərində keçirilən pauerliftinq idman növü üzrə dünya çempionatında gənclər arasında keçirilmiş yarışda 62 kq ağırlıq qaldıraraq qızıl medal qazanıb.