UEFA-dan “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım

İdman
24 Kas 2021
08:19
UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsi “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

“zirvetv.az” xəbər verir ki, 27 yaşlı qolkiperin Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda “Kayrat”la oyunda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma “Şahrudin Məhəmmədəliyevin refleksləri” başlığı yazılıb.

Xatırladaq ki, “Kayrat” - “Qarabağ” qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.