Zirə” Qəbələ səfərində, “Neftçi” “Səbail”i qəbul edəcək

İdman
14 Mrt 2021
11:45
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

“Zirvetv” xəbər verir ki, oyunlardan biri əyalətdə, digəri isə paytaxtda baş tutacaq.

Günün ilk matçı Qəbələdə eyniadlı kollektiv ilə "Zirə" arasında olacaq. Turun son oyunu "Bakcell Arena"da "Neftçi" ilə "Səbail" arasında baş tutacaq.

Azərbaycan Premyer Liqası

XX tur

14 mart (bazar)

15:00. “Qəbələ” –“Zirə”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu.

17:15. “Neftçi” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.

Qeyd edək ki, turun ilk iki oyununda "Qarabağ"da evdə "Sabah"a 2 cavabsız qolla qalib gəlib, "Sumqayıt" isə "Keşlə" ilə heç-heçə edib - 2:2.