Türkiyə millisinin potensial rəqibləri müəyyənləşdi - DÇ-2022
DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri bəlli olub.
“zirvetv.az ” xəbər verir ki, noyabrın 26-da keçiriləcək püşkatmada komandalar iki səbətə bölünəcək.
10 qrup ikincisi arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmiş səbətinə düşüb. Bu komandalar pley-off matçlarında ev sahibi olacaqlar.
Digər 4 qrup ikincisi isə səpələnməyib. Millətlər Liqasının qrup qalibi kimi vəsiqə qazanan iki komanda da bu səbətə daxil edilib.
Qardaş Türkiyə millisi də səpələnməyib. Buna görə də “ay-ulduzlular”ı səfərdə çətin oyun gözləyir.
Qeyd edək ki, 3 “dörlüy”ə bölünəcək komandalar gələn il martın 24-25-də yarımfinal, 28-29-da final matçlarını keçirəcək. Yarımfinal görüşləri səpələnmiş komandaların meydanında keçiriləcək. Finalın meydan sahibləri püşkatmada bəlli olacaq.
Səpələnmişlər
Portuqaliya
Şotlandiya
İtaliya
Rusiya
İsveç
Uels
Səpələnməmişlər
Türkiyə
Polşa
Şimali Makedoniya
Finlandiya
Avstriya
Çexiya