Qırmızı” aldı, millimizin düşərgəsindən kənarlaşdırıldı
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda noyabrın 11-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə ilə cəzalandırılan Tellur Mütəllimov milli komandanın düşərgəsindən kənarlaşdırılıb.
“zirvetv.az ” xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Qeyd edək ki, Tellurun qırmızı vərəqə almasına rəqib futbolçuya qarşı olduqca kobud oynaması, açıq ayaqla zərbə endirməsi səbəb olmuşdu. Onun bu davranışı ilə milli komandanı azlıqda qoyması yerli futbol azarkeşləri tərəfindən tənqidlə qarşılanmışdı. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.
Xatırladaq ki, millimiz noyabrın 14-də Bakı Olimpiya Stadionunda Qətər millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma saat 21:00-da başlayacaq.