Bu gün “El-Klasiko” var

İdman
24 Ekm 2021
11:11
İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir.

“zirvetv.az ” xəbər verir ki, turun mərkəzi görüşü bu gün “Kamp Nou” stadionunda baş tutacaq.

Burada “Barselona” doğma azarkeşləri önündə “Real”ı qəbul edəcək.

“El-Klasiko” Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Qeyd edək ki, indiyədək bütün rəsmi turnirlərdə baş tutan 246 “El-Klasiko”nun 98-də qonaqlar, 96-da isə paytaxt təmsilçisi qələbə qazanıb. 52 görüşdə isə qalib müəyyənləşməyib.