Bu gün “Qarabağ”ın avrokubok matçı var

İdman
30 Eyl 2021
10:15
Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan “Qarabağ” bu gün UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçında çıxacaq.

“zirvetv.az Bu gün “Qarabağ”ın avrokubok matçı var” xəbər verir ki, Ağdam təmsilçisi Kiprdə yerli “Omoniya”nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Qeyd edək ki, bundan əvvəl “Omoniya” “Kayrat”la qolsuz bərabərə qalıb. Qurban Qurbanovun komandası isə ilk matçda “Bazel”lə qolsuz heç-heçə edib.

UEFA Konfrans Liqası

H qrupu

23:00. “Omoniya” (Kipr) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Bobbi Madden (Şotlandiya)

Nikosiya. GSP stadionu.