Sabah” xorvatiyalı futbolçu ilə anlaşdı

İdman
18 Ağu 2021
07:38
Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Zirvetv.az " kluba istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Şpiro Periçiç bundan sonra Bakı komandasının uğurları üçün çalışacaq. İyirmi yeddi yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti bir ildir.

Şpiro karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets”, “Solin", “Duqopolye”, “Slaven Koprivnitsa”, “Çibaliya”, Sloveniyanın “Mura” və “Maribor” komandalarında çıxış edib.

Periçiç “Sabah”da 55 nömrəli formada çıxış edəcək.