Millimiz Bosniya və Herseqovinaya uduzdu

İdman
18 Ağu 2021
07:34
Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

"Zirvetv.az" xəbər verir ki, Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşan futbolçularımız 0:1 hesabı ilə məğlub olub.

Avqustun 19-da bu komandalar arasında daha bir yoxlama oyunu keçiriləcək.