Rəşad Sadıqovu uşaqlıqdan tanıyan şəxs: "Hələ o vaxt bilinirdi ki

İdman
15 Ağu 2021
19:34
Hələ o vaxt bilinirdi ki, Rəşad güclü və lider futbolçu olacaq».

Bu sözləri zirvetv.az-a açıqlamasında vaxtilə Rəşad Sadıqovla Bakı «Real»ında forma geyinmiş Namiq Bayramov deyib.

Keçmiş hücumçu Vaqif Paşayevin seçdiyi bir çox uşaq və yeniyetmənin sonradan futbolda iz buraxdığını bildirib:

«Vaqif müəllim bu işin peşəkarı və sənətkarıdır. Uşağın topa toxunuşundan bilirdi ki, o, necə futbolçu olacaq. Rəşad Sadqovda bu keyfiyyəti görmüşdü.

Rəşad ilk vaxtlar yarımmüdafiə xəttində çıxış edirdi. Sonra onu müdafiəyə çəkdi.

O. orta sahədə də yaxş təsir bağışlayırdı, sadəcə, Vaqif müəllim arxa xətdə daha çox iş görə biləcəyini düşünürdü və elə də oldu.

Rəşad məşqlərdə çox çalışırdı, məsuliyyətli idi. Özünə elə yanaşırdı ki, kimsə ona irad bildirməsin. İstiqanlı idi, komanda yoldaşlarına tez qaynayıb-qarışırdı.

Mən futbolu tez atmalı oldum, o isə irəli getdi. Həm «Neftçi»də, həm «Qarabağ»da, həm də millidə sözünü dedi, kapitan oldu.

Bu gün də «Zirə»nin baş məşqçisidir və mən şübhə etmirəm ki, Rəşad yeni işində də uğur qazanacaq.

Onda olan potensial çox böyükdür. Rəşad işində ciddi olmağı xoşlayır.

Mənim də oğlum hazırda «Zirə»nin akademiyasındadır və istərdim ki, futbolla bağlı arzularımı o, həyata keçirsin».