Qalatasaray”dan yeni transfer

İdman
25 Tem 2021
08:56
Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Zirvetv.az ” klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Aleksandru Çiçıldeunu transfer edib. Rumıniyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 24 yaşlı ötən mövsüm şərəfini qoruduğu “Universitatya Krayova”da meydana çıxdığı 43 matçda 12 qol vurub, 4 qolun ötürməsini verib.