Gimnastlarımız İsraildə medal qazandı

İdman
18 Tem 2021
09:32
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən bədii gimnastika üzrə Qran Pridə Azərbaycan yığması növbəti medallarını qazanıb.

Gimnastika Federasiyasının mətbuat xidmətindən "zirvetv.az a" verilən məlumata görə ki, qrup hərəkətləri komandası finalda hər 2 proqram üzrə bürünc medallar əldə edib. Eyni əyarlı 2 medala Arzu Cəlilova Qran Pri çərçivəsində baş tutmuş turnirdə yiyələnib.

Xatırladaq ki, 16 iyulda Azərbaycan komandası çoxnövçülükdə 87,600 bal toplayaraq üçüncü yeri tutub