Sumqayıt” Türkiyə klubu ilə qarşılaşacaq

İdman
4 Tem 2021
16:41
Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Sumqayıt” sabah ilk yoxlama oyununu keçirəcək.

"Zirvetv.az " xəbər verir ki, Ayxan Abbasovun yetirmələri yerli “Keçiörengücü” kollektivi ilə qarşılaşacaq. Qızılcahamam Mərkəzi stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 17:30-da (yerli vaxtla 16:30) start veriləcək.

Qeyd edək ki, “Keçiörengücü”də bu yay “Keşlə”dən transfer olunan azərbaycanlı futbolçu Vüsal İsgəndərli də forma geyinir