Tottenhem” onunla anlaşdı

İdman
1 Tem 2021
10:06
İngiltərə Premyer Liqa komandası olan “Tottenhem” məşqçilik vəzifəsi üçün Nuno Espirito Santo ilə iki illik müqavilə bağlayıb.

“zirvetv.az ” xəbər verir ki, 47 yaşlı məşqçi 2023-cü ilə qədər klubda işləyəcək.

Karyerasında “Rio Ave”, “Valensiya” və “Porto”da məşqçilik edən portuqaliyalı 2017-ci ildən işlədiyi “Volverhampton”dan keçən mövsüm ayrılmışdı.

Joze Mourinyonun vəzifəsindən ayrılmasından sonra Ryan Mason keçən mövsüm “Tottenhem”də müvəqqəti məşqçiliyə gətirilmişdi.