Bakıya gələcək komandalar bu matçlarda müəyyənləşəcək

İdman
24 Haz 2021
07:59
Məlum olduğu kimi, Avro-2020-nin 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

"Zirvetv.az " xəbər verir ki, Bakıya gələcək komandalar Uels-Danimarka, Niderland-Çexiya matçlarından sonra bəlli olacaq.

Bu cütlərin ən güclüsü iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında üz-üzə gələcək.

Qeyd edək ki, Uels - Danimarka qarşılaşması iyunun 26-da, Niderland - Çexiya matçı isə bir gün sonra baş tutacaq.