İspaniya Polşa ilə bərabərə qaldı

İdman
20 Haz 2021
09:01
Futbol üzrə Avropa çempionatı (AÇ-2020) davam edir.

"Zirvetv.az " xəbər verir ki, ikinci turun son matçı İspaniya və Polşa yığmaları arasında baş tutub. Bu görüş heç-heçə yekunlaşıb - 1:1.

Xatırladaq ki, iki turdan sonra İtaliya, Belçika və Niderland yığmaları artıq 1/8 finala vəsiqə qazanıb.

Avropa çempionatı
19 iyun

E qrupu

İspaniya – Polşa 1:1
Qol: A.Morata, 26 – R.Levandovski, 54.
Matçın 58-ci dəqiqəsində J.Moreno penaltidən yararlana bilməyib (dirək).
Baş hakim: Daniele Orsato (İtaliya).
Sevilya. Olimpiya stadionu.