Qran-Priyə liderlik edən pilotun bolidi qəzaya uğradı

İdman
6 Haz 2021
18:14
Formula 1 Azərbaycan Qran-Prisinə liderlik edən “Red Bull Racing Honda” komandasının pilotu Maks Ferstappen 47-ci dövrədə mübarizəni dayandırıb.

“zirvetv.az ” xəbər verir ki, inamlı mübarizə ilə diqqəti cəlb edən və qələbənin bir addımlığında olan niderlandlı pilotun bolidi səddə çırpılıb.

Nəticədə bolidin təkəri partlayıb.

Hazırda pelotona onun komanda yoldaşı Serxio Peres davam edir.