Daha bir boksçumuz Tokio-2020-yə vəsiqə qazandı
Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb. Yığmamızın heyətində Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyevin (63 kq) ardınca Alfonso Dominqes bu uğura imza atıb.
"Zirvetv.az " xəbər verir ki, Avropa Oyunlarının qalibi Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı boksçu 1/4 finalda İmam Xatayevi (Rusiya) məğlub edib.
Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.
Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.