Boksçularımız Avropa Olimpiya təsnifat turnirində mübarizə aparacaq

İdman
3 Haz 2021
08:02
İyunun 4-də Parisdə boks üzrə Avropa Olimpiya təsnifat turniri start götürəcək.

"Zirvetv.az " xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət millisinin heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (91 kq), Məhəmməd Abdullayev (+91 kq) mübarizə aparacaqlar. Qadınlardan ibarət yığmanın heyətində isə Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) yer alıblar.




Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri ötən il martın 14-də Londonda başlamışdı. Lakin yarış üç gündən sonra koronavirus pandemiyası səbəbindən dayandırılmışdı. Azərbaycan millisinin heyətində Tayfur Əliyev turnirin dörddəbir finalına yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıb.

Yarış iyunun 8-də başa çatacaq.