Neftçi” “Legiya” ilə qarşılaşacaq

İdman
30 May 2021
14:14
Azərbaycan Premyer Liqasının son qalibi “Neftçi”nin yoxlama oyunundakı ilk rəqibi müəyyənləşib.

“zirvetv.az ” xəbər verir ki, paytaxt təmsilçisi Polşa “Legiya”sı ilə qarşılaşacaq.

Bu barədə Polşa klubunun rəsmi saytı məlumat yayıb. Görüşün iyunun 20-də Avstriyanın Zalsburq əyalətinin Leoqanq kommunasında keçiriləcəyi bildirilib. İyunun 23-də isə “Legiya” Rusiya “Krasnodar”ı ilə qarşılaşacaq.

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 6-7 iyulda, cavab görüşləri 13- 14 iyulda keçiriləcək