De Byazi Allahverdi Bağırovun məzarı başında

İdman
20 May 2021
20:56
Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi “Neftçi”nin futbolçusu Keysuke Honda və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla birlikdə işğaldan azad olunmuş Ağdama səfər edib.

“zirvetv.az xəbər verir ki, De Byazi Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun məzarını da ziyarət edib.

Baş məşqçi səfərlə bağlı təəssüratlarını öz instaqram hesabında bölüşüb: “Qarabağ”ın yerli stadionunu ziyarət etdim, hazırda “İmarət” stadionundayam. Düzdür, burada məlum səbəblərə görə yalnız xarabalıqları görə bilərik. Ancaq ümid edirəm ki, tezliklə “Qarabağ” yenidən dirçəlmiş stadionunda oynaya biləcək, hansı ki, bu yaxınlarda bərpa olunmalıdır”.