Ukrayna kubokunu da “Dinamo” qazandı

İdman
14 May 2021
07:28
Futbol üzrə Ukrayna kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.

“zirvetv.az ” xəbər verir ki, həlledici oyunda Kiyev “Dinamo”su ilə “Zarya” komandaları qarşılaşıb.

Həlledici oyunda 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 98-ci dəqiqədə hesabı açan “Dinamo” 1:0 hesabıyla qalib gələrək Ukrayna kubokunun sahibi olub. Yeganə qolu Viktor Tsiqankov rəqib qapısından keçirib. O, 105+2-ci dəqiqədə penaltini də boşa verib.

Qeyd edək ki, Ukrayna Premyer Liqasının da qalibi olan Kiyev “Dinamo”su bununla “qızıl dubl”a imza atıb. Bu komanda tarixində 13-cü dəfə Ukrayna kubokunun qalibi olub. Bununla da kiyevlilər eyni sayda kubok qazanmış “Şaxtyor”a (Donetsk) çatıblar.