Cüdoçumuzdan bürünc medal

İdman
17 Nis 2021
00:10
Portuqaliyanın paytaxtı Lissabonda start götürən cüdo üzrə Avropa çempionatında komandamız ilk medalını qazanıb.

"Zirvetv.az " xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Kəramət Hüseynov bürünc medal uğrunda görüşdə rəqibi Bolqarıstan təmsilçisi Yanislav Qerçev üzərində qələbə qazanıb.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.