Məşhur futbolçu 39 yaşında karyerasını bərpa etdi

İdman
14 Nis 2021
08:37
Fransa millisinin sabiq üzvü, məşhur futbolçu Cibril Sisse karyerasını bərpa edib.

“zirvetv.az xəbər verir ki, 39 yaşlı hücumçu ABŞ-ın 4-cü divizion təmsilçisi “Panatinaikos Çikaqo” ilə müqavilə imzalayıb. Bu barədə klubun "İnstaqram" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Sissenin son klubu 2017/18 mövsümündə oynadığı və 27 qol vurduğu İsveçrə “İverdon-Sport”u olub.