Füzuli Cavadov dünyasını dəyişdi

İdman
11 Nis 2021
12:58
Azərbaycan veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.

“zirvetv.az ” xəbər verir ki, o, 71 yaşında vəfat edib.

Qeyd edək ki, F. Cavadov futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirib. O, 1972 – 1978-ci illərdə “ağ-qara” formanı geyinib. Cavadov Naxçıvanın “Araz”, həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın “Dauqava” komandalarında da çıxış edib. Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.