Son 2 taekvondoçumuz mübarizəyə başlayır

İdman
11 Nis 2021
12:52
Avropa çempionatının son günü iki taekvondoçumuz dayanq üzərinə çıxacaq.

"Zirvetv.az " xəbər verir ki, təmsilçilərimiz Payam Qobadi Oğaz (87 kq) və Olimpiya çempionumuz Radik İsayev (87 kiloqramdan yuxarı) mübarizəyə qoşulacaqlar. Payam Qobadi Oğaz ilk qarşılaşmasında Yunanıstan təmsilçisi Nikolaos Tzellos ilə üz-üzə gələcək. Radik İsayevin ilk rəqibi isə serbiyalı Milos Golubovic olacaq.

Qeyd edək ki, komandamızın aktivində 2 medal var. Belə ki, Milad Beigi Hərçəqani (80 kq) gümüş, Minayə Əkbərova (46 kq) bürünc medal qazanıblar.

Millimiz turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.