Sabah” - “Səbail” matçında hesab açılmadı

İdman
10 Nis 2021
22:43
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

“zirvetv.az ” xəbər verir ki, günün ikinci matçında “Sabah” “Səbail”i qəbul edib.

“Bank Respublika Arena”dakı qarşılaşmada qol vurulmayıb. Görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib.

90+2-ci dəqiqədə “Səbail”in futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+3-cü dəqiqədə “Səbail”in hücumçusu Rauf Əliyev rəqib müdafiəçisi Bəhlul Musatafazadə ilə toqquşub. Nəticədə, hər iki oyunçu zədə alıb.

Komandalar 20-ci xalını qazanıb və 6-7-ci yerləri bölüşdürürlər.

Qeyd edək ki, günün ilk qarşılaşmasında “Neftçi” səfərdə “Qəbələ” ilə heç-heçə edib - 2:2. Tura aprelin 11-də oynanılacaq “Zirə” – “Keşlə” və “Qarabağ” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.