Xavi məğlubedilməzdir

İdman
10 Nis 2021
06:41
Barselona”nın sabiq futbolçusu, hazırda “Əl-Sədd”ə (Qətər) baş məşqçilik edən Xavi özünün növbəti uğuruna imza atıb.

"Zirvetv.az " xəbər verir ki, 40 yaşlı mütxəssisin komandası bu mövsüm yerli liqanı məğlubiyyətsiz başa vurub. Çempionluğu hələ 4 həftə öncə rəsmiləşdirən klub liqada 19 qələbə qazanıb və 3 dəfə heç-heçə edib. Həmçinin “Əl-Sədd” qol nisbətinə görə də liderdir. Komanda ümumilikdə 77 qol vurub və qapısında cəmi 14 top görüb.




Qeyd edək ki, bu, Xavinin “Əl-Sədd”dəki 4-cü kubokudur. Komanda daha əvvəl 2 dəfə də Qətər çempionu olub və Şeyx Yassim kubokunu qazanıb.