Qrizmannın 3-cü övladı da eyni gündə dünyaya gəldi Qrizmannın 3-cü övladı da eyni gündə dünyaya gəldi

İdman
9 Nis 2021
09:59
Barselona”nın futbolçusu Antuan Qrizmann 3-cü dəfə ata olub.

“Zirvetv.az "xəbər verir ki, bu barədə fransalı hücumçunun özünün “Tvitter” hesabından yazıb.

O, Alba adlı qızının dünyaya gəldiyini açıqayıb.

Albanın böyük bacısı Mia və qardaşı Amaro ilə eyni gündə anadan olması diqqət çəkib. 30 yaşlı oyunçunun böyük qızı 8 aprel 2016-cı ildə, Amaro oğlu isə 8 aprel 2019-cu ildə anadan olub.