Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib

Hadisə
28 Mrt 2021
00:50
Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən zirvetv.az verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.