ABŞ-ın Alabama ştatında beş nəfər tornadonun qurbanı olub

Hadisə
26 Mrt 2021
11:15
Alabama ştatının Kalxun bölgəsində tornado nəticəsində ən azı beş nəfər ölüb.

Zirvetv.az TASS-a istinadən xəbər verir ki, ştatın 20 mindən çox sakini gecə işıqsız qalıb. Ştatın ən böyük şəhəriBirmingemdə 30-50 bina dağılıb.

Yerli hakimiyyət orqanları, xilasetmə və təcili yardım xidmətləri zərərin qiymətləndirilməsinə və qurbanların axtarılmasına davam edir. Daha əvvəl ABŞ Milli meteoroloji xidmətinin ixtisaslaşmış şöbəsi Alabama, Mississippi və Tennessi ştatlarında tornado təhlükəsi barədə xəbərdarlıq edib.