Xaçmazda iki avtomobil toqquşub - Xəsarət alanlar var

Hadisə
25 Mrt 2021
17:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunun Sabiroba kəndində “Mitsubishi” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub.

FHN-dən zirvetv.aza verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.