Mingəçevirdə yataqxana yanıb, 2 nəfər tüstüdən zəhərlənib

Hadisə
25 Mrt 2021
09:23
Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən zirvetv.aza verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib.

Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.