Bir il ərzində Azərbaycanda yanğın və partlayışda ölənlərin sayı açıqlanıb

Hadisə
24 Mrt 2021
18:42
2020-ci il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2118 olub.

Fövqəladə Hallar Nazirliyindən zirvetv.az verilən məlumata görə, yanğın hadisələri zamanı 49 nəfər həlak olub, 119 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 4 nəfər və ya 26%, xəsarət alanlar üzrə 113 nəfər və ya 49% azdır.

2020-ci il ərzində respublika ərazisində 82 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu il ilə müqayisədə 9 hadisə və ya 11% çoxdur. Partlayışlar zamanı 33 nəfər həlak olub, 157 nəfər xəsarət alıb.