Havaya atəş açan şəxs saxlanılıb

Hadisə
24 Mrt 2021
14:57
Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində kənd sakini V.Qurbanov xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açıb.

Daxili İşlər Nazirliyindən zirvetv.az verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən V.Qurbanov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb.