Mədəniyyət sarayından 28000 manatlıq musiqi avadanlığı oğurlanıb

Hadisə
23 Mrt 2021
13:14
Xəzər rayonunda oğurluq olub.

Daxili İşlər Nazirliyindən zirvetv.az verilən məlumata görə, Mərdəkan qəsəbəsi ərazisində yerləşən Mədəniyyət sarayından 28000 manat dəyərində musiqi avadanlığı oğurlanıb.

RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakini V.Yarıyev saxlanılıb.