Tayvanda iki qırıcı təyyarə qəzaya uğrayıb

Hadisə
22 Mrt 2021
19:48
Tayvan Hava qüvvələrinə məxsus iki qırıcı F-5E yüngül təlim-döyüş təyyarəsi qəzaya uğrayıb.

Zirvetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvan mərkəzi xəbər agentliyi məlumat verib.

Hadisə eyni tipli dörd hərbi təyyarənin iştirak etdiyi təlim uçuşu zamanı cənub əyaləti Pindun sahillərində baş verib. Ehtimal edilir ki, təyyarələr havada toqquşublar. Hər iki pilot katapulta edə bilblər.

Fəlakət zonasında helikopterlər və sahil mühafizə gəmilərinin iştirakı ilə axtarış əməliyyatı başladılıb