Gədəbəydə bazar yanıb

Hadisə
22 Mrt 2021
13:03
Gədəbəy rayonunda sökülməkdə olan bazarın ərazisində ümumi sahəsi 150 kv.m olan tikilinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən zirvetv.az verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.