Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb

Hadisə / Dünya
9 Nis 2023
19:14


Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“ZirveTv” xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Jerald Darmanin deyib.

“Alp dağlarında Armancet buzlaqına günün ortasında qar uçqunu düşüb. İlkin məlumatlara görə, 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Xilasedicilər işlərini davam etdirirlər” - deyə, o bildirib.

Axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çoxlu sayda xilasedici və texnika cəlb olunub.