Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıblar

Hadisə
22 Mrt 2023
20:58


Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

“Report”un xəbərinə görə, hadisə Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.