Paytaxtda bu avtobuslarn hərəkət sxemi DƏYİŞDİRİLİR - SİYAHI

Hadisə
11 Mrt 2023
18:00
Martın 12-14-də Bakıda 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliyə səbəb həmin tarixlərdə Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.

Sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti alternativ (Əhməd Cavad küçəsi, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Azadlıq prospekti,Nizami küçəsi) küçələrlə təşkil ediləcək.